Ronaldodan növbəti rekord

Ronaldodan növbəti rekord “Real Madrid”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Təhsil-press.az-ın məlumatına görə, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə ilk oyununda gerçəkləşdirib.
Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub. Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.

Təhsil-press.az

Oxşar xəbərlər