“Zəlzələ fəlakətlərində belə bir kədər yaşadıq”

“Zəlzələ fəlakətlərində belə bir kədər yaşadıq” "Dövlətimiz və xalqımız zəlzələlərin yaralarını sağaltmaq, geridə qalanların qayğısına qalmaq üçün bütün imkanlarını səfərbər etdi".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, zəlzələdən zərərçəkənləri tezliklə normal həyata qaytaracaq:
“İndi ölkəmizə gətirdiyimiz inkişaf səviyyəsini "Türkiyə Əsri" ilə taclandırmaq istəyirik. Həyatın gedişatında qazanclarla yanaşı, fəlakətlər, təəssüf ki, itkilər də yaşana bilər. Zəlzələ fəlakətlərində belə bir kədər yaşadıq. Aranızda bu zəlzələlərdə qohumlarını, tanışlarını itirənlər var. Əbədiyyətə qovuşan bütün vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Dövlətimiz və xalqımız zəlzələlərin yaralarını sağaltmaq, geridə qalanların qayğısına qalmaq üçün bütün imkanlarını səfərbər etdi. İnşallah, bir il ərzində şəhərlərimizi dirçəldəcək, zəlzələdən zərər çəkənləri normal həyata qaytacağıq”.

Tehsil-press.az




Oxşar xəbərlər