Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 302 nəfər həbs edilib

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 302 nəfər həbs edilib Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra dağılan binalarla bağlı bu günədək 1364 şübhəli haqqında araşdırma aparılıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, onlardan 302-si həbs edilib, 312 şübhəlinin həbsinə dair isə qərar çıxarılıb.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Tehsil-press.az

Oxşar xəbərlər