Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər

Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-yə verdiyi müsahibəsində bildirib.
TDT-yə üzv ölkələrin Türkiyəyə bütün güclərini səfərbər edərək köməklik göstərdiyini deyən Türkiyənin dövlət başçısı söyləyib:
“Biz TDT ilə artıq bir bədənin üzvləri kimiyik. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”.

Tehsil-press.az


Oxşar xəbərlər