Çin dostluq elçisi olan pandanı ABŞ-dan vətənə gətirəcək

Çin dostluq elçisi olan pandanı ABŞ-dan vətənə gətirəcək Çin böyük panda Ya Yanı Memfis şəhərindən (Tennessi ştatı, ABŞ) vətənə gətirəcək.
Bu barədə Çinin Meşə və Çöl Təsərrüfatı Dövlət İdarəsi məlumat yayıb. Məlumata görə, Birləşmiş Ştatlarda 20 il yaşamış böyük dişi panda Ya Ya bir neçə gün ərzində Çinə qayıdacaq. Tərəflərin razılığına əsasən, onu Şanxaya uçan təyyarəyə mindirəcəklər.
Ya Ya 2000-ci ilin avqustunda Pekin zooparkında doğulub. O, 2003-cü ilin aprelində böyük panda Le Le ilə birlikdə dostluq elçisi kimi Memfisə gətirilib. 2022-ci ilin sonunda yerli zoopark bəyan edib ki, ABŞ-da 20 illik qalma müddəti başa çatdıqda Ya Yanı Çinə qaytaracaq.
Ya Yanın ABŞ-da qalması barədə ilkin razılaşma 10 il müddətinə idi. 2013-cü ildə həmin müddət bir o qədər də artırılıb.
Fevral ayında pandanın səhhətinin yoxlamaq məqsədilə bir qrup çinli ekspert Memfisdəki zooparkda olub. Onlar müəyyən ediblər ki, dəri xəstəliyi nəticəsində Ya Yanın xəzində seyrəlmə yaranıb.
Daha əvvəl çinli internet istifadəçiləri heyvanın vəziyyətindən ciddi narahat olduqlarını bildiriblər. Böyük pandalar Çinin qeyri-rəsmi simvolu hesab olunur.

Tehsil-press.az




Oxşar xəbərlər