Pandanın əkiz balası oldu

Pandanın əkiz balası oldu İrsi kəsilməkdə olan heyvanların sirasında olan panda Çinin Makau bölgəsindəki heyvanxanada əkiz bala dünyaya gətirib. Tehsil-press.az-ın məlumtına görə, bu cür hallar pandalar arasında çox az hallarda baş verir. BBC-nin yaydığı məlumatda ilk dünyaya gələn pandanın çəkisi 138 q, digərinin isə 53.8 q olduğu bildirilir.

Ata Şin-şin və ana Kai-Kainin təbii yollarla cütləşdirilməsindən doğulan balalardan ilkinin vəziyyəti yaxşı olsa da, ikincisinin çəkisi həddindən artıq az olduğuna görə, reanimasiyaya yerləşdirilib. Təbii mühitin korlanması və artım həcminin azalması səbəbilə nəsli kəsilmək təhlükəsi olan pandaların böyük bir hissəsi Çində yerləşən qoruqlarda saxlanılır. Bunun üçün də doğulan balalar bütün heyvanxana heyəti və ziyarətçilərin böyük marağına səbəb olub.


Pandanın əkiz balası oldu

Pandanın əkiz balası oldu

Pandanın əkiz balası oldu

Tehsil-press.az

Oxşar xəbərlər