UNEC-də yeni layihə: Karyera saatı

UNEC-də yeni layihə: Karyera saatı UNEC-də Karyera Mərkəzinin təşəbbüsü ilə “Karyera saatı” adlı yeni layihənin ilk tədbiri keçirilib.
“Karyera saatı” layihəsinin ilk qonağı UNEC-in məzunu, “Ernst&Young Auiditor” şirkətinin Azərbaycan üzrə partnyoru İlqar Vəliyev olub.
İlqar Vəliyev ilk karyera addımlarından başlayaraq rastlaşdığı çətinliklər və əldə etdiyi nailiyyətlərdən danışıb. O, həmçinin şirkətdə iş imkanları, işə qəbul qaydaları haqqında məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi şirkətin böyük işçi qüvvəsini UNEC məzunları təşkil edir.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az




Oxşar xəbərlər