Ronaldo sevgilisindən ayrılır?

Ronaldo sevgilisindən ayrılır? Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydanda və meydandan kənarda problemlər yaşayır.
38 yaşlı futbolçunun sevgilisi Corcina Rodriqezlə münasibətləri pisləşib. İddiaya görə, 8 ildir birlikdə olan cütlük ayrılmaq üzrədir.
Əgər ayrılıq reallaşarsa, “Əl-Nəsr”in oyunçusu Corcinaya 350 milyon avro ödəyə bilər. Bu məbləğ forvardın sərvətinin 35 faizi deməkdir.
Daha əvvəl də Ronaldo öz açıqlamasında Corcinanın çox pul xərcləməyinə, tez-tez alış-veriş etməyinə əsəbiləşdiyini bildirmişdi.
Qeyd edək ki, Ronaldonun 5 övladından 2-sinin anası Corcinadır.

Tehsil-press.az




Oxşar xəbərlər