BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi seminar

BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi seminar Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər kafedrasında professor-müəllim heyəti, tələbə, magistrant və doktorantların iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi seminar keçirilib.
Tədbirdə çıxış edən Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Sevda Axundova Azərbaycanın ərazi bütövlüyünün daim Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olduğunu deyib. O, Ulu Öndərin beynəlxalq və regional təşkilatlarda bu mövzuda çıxışlarının xüsusi əhəmiyyətini vurğulayıb.
Professor Habil Məmmədov rəhbərlik etdiyi Beynəlxalq münasibətlər kafedrasında “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin çoxşaxəli parlaq fəaliyyəti ilə bağlı müxtəlif dəyirmi masa və elmi seminarların təşkil olunduğunu diqqətə çatdırıb.
Kafedranın dosenti Ləman Qarayeva “Heydər Əliyevin Azərbaycanin ərazi bütövlüyü uğrunda diplomatik fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən xarici siyasət kursunun əsas məğzini məhz Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə təşkil edir.
Elmi seminar məruzə ətrafında müzakirələrlə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər