Gəncə Dövlət Universitetinin Veteranlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən elmi-nəzəri seminar keçirilib.
Seminarda Filologiya və Xarici dillər fakültələrinin professor-müəllim heyəti, tələbə kollektivi iştirak edib.
Tədbiri açan universitetin Humanitar məsəslələr üzrə prorektoru Gülsüm Fətəliyeva Ümummilli Liderin ibrətamiz həyat yolundan, onun Sovet və müstəqillik dövründə gördüyü böyük işlərdən danışıb. Bildirilib ki, Sovet dövründə Azərbaycan Respublikasını geridə qalmış ölkələrdən qabaqcıllar sırasına çıxaran Ulu Öndər müstəqillik dövründə də ölkənin dünyada tanınmasına və inkişafın davamlı olmasına nail olub.
Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov “Heydər Əliyev və dil mədəniyyəti” mövzusunda məruzəsində Ulu Öndərin nitq mədəniyyəti məsələlərinə xüsusi önəm verməsi, həm Azərbaycan KP MK-nın birinci katibi, həm də respublika prezidenti kimi Azərbaycan dilinin önəmli mövqeyə çıxarılması üçün verdiyi mühüm qərarlardan bəhs edib.
Professor Həsənbala Sadıqov “Heydər Əliyev və Azərbaycan tarixi” adlı məruzəsində Heydər Əliyevin Azərbaycan tarixinin daha dərindən və hərtərəfli araşdırılması üçün verdiyi qərarlardan, Ulu Öndərin məruzə və çıxışlarında qiymətli fikirlər söyləməsindən, Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyan, öz əməlləri ilə tarix yazan, yaradan bir şəxsiyyət olmasını vurğulayıb.

GDU-nun Mətbuat Xidməti