Ali məktəb və kolleclər arasında keçirilən idman turnirinin qalibləri mükafatlandırılıb

Ali məktəb və kolleclər arasında keçirilən idman turnirinin qalibləri mükafatlandırılıb Bakı Dövlət Universitetində (BDU) Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman turnirinin bağlanış mərasimi olub. Turnir Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələri arasında keçirilib.
Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov iştirak ediblər.
Əvvəlcə futbol turniri üzrə iki finalçı komanda arasında qarşılaşma keçirilib. Sonra 7 idman növü üzrə komandaların mükafatlandırılmasına başlanılıb.
Qeyd edək ki, BDU-nun komandaları şahmat, dama və voleybol (qızlar arasında) idman növləri üzrə birinci yerə, basketbol üzrə ikinci yerə, stolüstü tennis və voleybol (oğlanlar arasında) idman növləri üzrə üçüncü yerə layiq görülüb.
Qalib komandalar müxtəlif kubok və medallarla təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər