AzTU-nun voleybol komandası XV Respublika Universiadasında II yerə layiq görülüb

AzTU-nun voleybol komandası XV Respublika Universiadasında II yerə layiq görülüb Azərbaycan Texniki Universitetinin (AzTU) voleybol komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş XV Respublika Universiadasında II yerə layiq görülüb.
Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən yarışda 14 ali təhsil müəssisəsinin komandası mübarizə aparıb.

Tehsil-press.az




Oxşar xəbərlər