Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan X Spartakiadanın qalibləri mükafatlandırılıb

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan X Spartakiadanın qalibləri mükafatlandırılıb Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın qalibləri mükafatlandırılıb.
Spartakiadanın nəticələrinə əsasən, futzal üzrə Nəqliyyat və logistika, şahmat üzrə Xüsusi texnika və texnologiya, sərbəst güləş üzrə İnformasiya və telekommunikasiya texnologiyaları, basketbol, voleybol və stolüstü tennis üzrə yarışlarda isə Energetika və avtomatika fakültəsinin tələbələrdən ibarət komandası 1-ci yerə layiq görülüb.
Müəllimlərdən ibarət komandalar arasında şahmat və stolüstü tennis üzrə Energetika və avtomatika fakültəsi, əməkdaşlardan ibarət komandalar arasında isə futzal və voleybol idman növləri üzrə Maliyyə departamentinin komandası 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, X Spartakiada basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis, şahmat idman növü üzrə təşkil olunub. Yarışlarda müəllim, əməkdaş və tələbələrdən ibarət 16 komanda iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər