Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı elmi konfrans və sərgi keçirilib.
Tədbir Elm və Təhsil Nazirliyinin, ADRA-nın və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin incəsənət və mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Qeyd edilib ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin sürətli inkişafında və dünyada tanıdılmasında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətləri olub.
Konfransda ADRA-nın professor və müəllimləri Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevə həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sənət əsərləri rəngkarlıq, heykəltaraşlıq, keramika, qobelen, zərgərlik və qrafika janrlarının nümunələridir. Yüzdən çox əsərin nümayiş olunduğu sərgi mayın 20-dək davam edəcək.
Tehsil-press.az