Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin100 illik yubileyinə həsr olunmuş tələbə konfransı keçirilib.
Tədbir universitetin Humanitar və ictimai fənlər kafedrasının dosenti Aida Abdullayevanın rəhbərliyi ilə 3-cü kurs tələbələrinin sərbəst iş icrası fonunda hazırlanıb. Tələbələr Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verib, bunu videoçarxlarla nümayiş etdiriblər. Onlar Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən, Ulu Öndərin respublikada bütün sahələrə, o cümlədən incəsənətə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Konfransda ADRA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru professor Fuad Salayev və akademiyanın digər əməkdaşları iştirak ediblər.
Tehsil-press.az