Tələbələrin Ulu Öndərə həsr etdikləri sərgi böyük maraqla qarşılanıb

Tələbələrin Ulu Öndərə həsr etdikləri sərgi böyük maraqla qarşılanıb Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində “Heydər Əliyev məktəbi gənclərimizin gözü ilə” adlı tədbir keçirilib. Əvvəlcə AzMİU-nun rektoru və əməkdaşları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə gül çələngi qoyub, onun əziz xatirəsini böyük ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Ümummilli Liderə həsr olunan sərgiyə baxış keçiriblər. Ulu Öndərin böyük portreti və memarlıq fakültəsinin tələbələrinin pastel, yağlı boya ilə çəkdikləri rəngarəng gül təsvirlərinin yer aldığı sərgi böyük maraqla qarşılanıb.
Daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü misilsiz işlərdən söhbət açılıb. Rektor G.Məmmədova müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbirin ərsəyə gəlməsində iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Ulu Öndərin keçdiyi ömür yoluna nəzər salan rektor ölkəmizin tarixində, millətimizin taleyində onun misilsiz xidmətlərini xatırladıb. G.Məmmədova AzMİU-nun məhz dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını, mövcud olduğu illərdə həm Ulu Öndər, həm də Prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu söyləyib.
Sonra universitet tələbələri tərəfindən Ulu Öndərin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamını özündə əks etdirən fləşmob təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.

AzMİU-nun Mətbuat Xidməti


Tələbələrin Ulu Öndərə həsr etdikləri sərgi böyük maraqla qarşılanıbTələbələrin Ulu Öndərə həsr etdikləri sərgi böyük maraqla qarşılanıbTələbələrin Ulu Öndərə həsr etdikləri sərgi böyük maraqla qarşılanıbTələbələrin Ulu Öndərə həsr etdikləri sərgi böyük maraqla qarşılanıbTələbələrin Ulu Öndərə həsr etdikləri sərgi böyük maraqla qarşılanıb

Oxşar xəbərlər