Ulu Öndərin 100 illiyinə həsr olunan konsert proqramı

Ulu Öndərin 100 illiyinə həsr olunan konsert proqramı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azad Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.
Konsert proqramı Ulu Öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
Sonra instrumental ansamblın müşayiəti ilə Xalq artistləri – Gülyaz Məmmədova, Heydər Qəniyev, solistlər – Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və başqaları Ulu Öndərə həsr olunan mahnılar ifa ediblər. Rəqs qrupunun təqdimatında milli rəqslərimiz təqdim olunub. İfaçıların çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramını AzMİU-nun 200-dən çox əməkdaşı izləyib.

Tehsil-press.az


Oxşar xəbərlər