"Nə qədər ki, müəllimlərdə sertifikasiya xofu qalacaq, narahatlıq və narazılıq da bir o qədər olacaq. Baxmayaraq ki, sertifikasiya ilə bağlı kifayət qədər deyilib, yazılıb və rəsmi açıqlamalar verilib, bununla belə, “Sertifikasiyanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir?”, “Sertifikasiyadan keçməyən müəllimlər işdən azad olunacaq? Onların aqibəti necə olacaq və s. bu kimi suallar hələ də bir çox müəllimləri düşündürməkdədir. Halbuki, rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqi ilə əlaqədar belə bir prosedur sovet dönəmində də olub, sadəcə “attestasiya” sözü “sertifikasiya” sözü ilə əvəz olunub". Bu sözləri açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.İsrafilov sözlərinə belə davam edib: "Onu da xatırladım ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib. “Proqram”da gələcəkdə də attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı və “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olunaraq Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı.
Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq.
Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.
O ki, qaldı sualın konkret cavabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.Diaqnostik Qiymətləndirmədən fərqli olaraq, diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar. Artıq, müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar.
Nazirin də qeyd etdiyi kimi, eyni zamanda əlində hüquqi baxımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var: "Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".
Hazırda qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edəcəklər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndəriləcək. Göründüyü kimi müəllimlərin sertifikasiyası ilə bağlı istər qaydalarda, istərsə də təşkilatı məsələlərdə elə də ciddi qaranlıq məqamlar qalmayıb. Sertifikasiya həyəcanı yaşayan müəllimlər prosesə hazırlıq üçün müxtəlif vəsaitlərdən istifadə edir, repetitor yanına gedir, kurslara yazılırlar, onlar üçün müəyyən təlimlər keçirilir, sosial şəbəkələrdəki təhsilyönümlü qruplar sertifikasiya ilə bağlı geniş müzakirələr açıblar.
O da bildirilib ki, “Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır”. Sertifikasiyadan narahatlıq keçirən, özünə güvəni olmayan müəllimlərin ümidi isə Nazirliyin hesablamalarının nəticələrinə bağlıdır: “Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq.....
Tehsil-press.az