Təhsilverənlərin sertifikatlaşdırılmasına cəlb edilməyəcək kateqoriyalara aid müəllimlər açıqlanıb

Təhsilverənlərin sertifikatlaşdırılmasına cəlb edilməyəcək kateqoriyalara aid müəllimlər açıqlanıb İlk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak etməyəcəklər.
Bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov söyləyib.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

Tehsil-press.az


Oxşar xəbərlər