Norveç hökuməti Ukraynadan olan qaçqınların ehtiyacları üçün mövcud vəsaitin həcminin artırılması barədə qərar qəbul edib.
Norveç hökuməti 2023-cü ildə Ukraynadan 43 minə qədər qaçqının ölkəyə gələ biləcəyi proqnozu fonunda bir sıra bölgələrdə maliyyənin artırılmasını təklif edir.
"Biz bələdiyyələrdən 2023-cü ildə cəmi 35 min qaçqının yerləşdirilməsini xahiş etdik. Ancaq son proqnozlar bunun daha da çox ola biləcəyini göstərir. Buna görə ölkədə daha çox qaçqın yerləşdirməliyik",- deyə Əmək və Sosial İnteqrasiya naziri Marta Mies Persen bəyan edib.
Bələdiyyələrin hər məskunlaşmış qaçqın üçün əlavə 50.000 Kron (təxminən 4200 Avro) alacağı bildirilir. Bunun 2024-cü ilin sonuna qədər ölkəyə 200 milyon krona (17 milyon avroya qədər) başa gələcəyi gözlənilir. Qaçqınlara Norveç dilinin tədrisi üçün də vəsait ayrılacaq. Bunun üçün 2024-cü ilin sonuna qədər 459 kron ( 38 milyon milyon avrodan çox) ayrılacaq.
2023-cü il üçün yeni büdcə may ayının sonunda açıqlanacaq.
Tehsil-press.az