“Dizayn təfəkkürü vasitəsilə daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün öyrənmə mədəniyyətinin təkmilləşdirilməsi, dözümlülüyün formalaşdırılması və dayanıqlılığın təşviq edilməsi” devizi altında təşkil edilən Dünya Təhsil Forumu öz işinə başlayıb. Dünya Təhsil Forumunda ölkəmiz elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Forum çərçivəsində Emin Əmrullayevin “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyada çıxışı nəzərdə tutulur. Bununla yanaşı, elm və təhsil nazirinin iştirakı ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.
Londonda keçirilən forum çərçivəsində 2023-cü ildə dünya təhsilinin qarşısında duran əsas çətinlik və çağırışlar, onların həlli yolları müzakirə ediləcək. Forumda, həmçinin öyrənmə prosesi, insanlar, müəssisə və təhsil sistemləri arasında dözümlülüyün yaradılması məsələsinə toxunulacaq.
Sessiyalarda bilik, bacarıq, münasibət və dəyərlərin inkişafına yönələn siyasət, liderliyin əhəmiyyəti və təhsilin əsas məqsədləri üçün texnologiya dəstəyi müzakirə olunacaq.
Tehsil-press.az