Təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak etmək üçün Londonda işgüzar səfərdədir.
Səfər çərçivəsində təhsil naziri mayın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, təhsil naziri görüşdə iştirak edən vətəndaşlarımızın təhsil fəaliyyəti, doktorantların tədqiqat işləri, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb.
Tehsil-press.az