“TIM Consulting” və “TIM Academy” şirkətlərinin təsisçisi, 20 ildən artıq müddətdə informasiya texnologiyaları sahəsində ən mürəkkəb layihələrə imza atmış tanınmış ekspert Teymur Hacıyev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsində təhsil alan tələbələri üçün “Oracle” verilənlər bazasının təhlükəsizliyi” mövzusunda ustad dərsi keçirilib.
Dərs zamanı “Oracle” verilənlər bazası təhlükəsizliyinin müxtəlif aspektləri, o cümlədən girişə nəzarət, autentifikasiya, məlumatların şifrlənməsi, şəbəkə təhlükəsizliyi, ehtiyat nüsxə və bərpaetmə məsələləri barədə məlumat verilib.
Həmçinin “Oracle” verilənlər bazasının təhlükəsizliyini təmin etmək üçün ən son təhlükəsizlik xüsusiyyətləri və ən yaxşı təcrübələr tələbələrin diqqətinə çatdırılıb.
Teymur Hacıyev regionun dövlət əhəmiyyətli ən kritik və 24*7 statuslu “Oracle Database” infrastrukturunun qurulmasında yaxından iştirakı zamanı qarşılaşdığı bəzi informasiya təhlükəsizliyi insidentlərinin aradan qaldırılması təcrübələrini də bölüşüb.
Dərs zamanı “TIM Consulting” və “TIM Academy” şirkətlərində təcrübə və layihələrdə iştirak imkanları barədə məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az