Pusan Milli Universitetinin professoru BDU-nun tələbələri üçün koronavirus genomuna dair ustad dərsi keçəcək

Pusan Milli Universitetinin professoru BDU-nun tələbələri üçün koronavirus genomuna dair ustad dərsi keçəcək Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov mayın 22-də “Koronaviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi keçəcək.
Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan ustad dərsi “Microsoft Teams” platforması üzərindən təşkil ediləcək.
Virtual dərsdə iştirak etmək istəyən şəxslərin mayın 21-i saat 17:00-dək [email protected] ünvanına müraciət etmələri xahiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər