Tanınmış alim “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçəcək

Tanınmış alim “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçəcək Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov mayın 20-də “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçəcək.
Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan ustad dərsi “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin mayın 19-u saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər