Mayın 14-də ölkəmizdə ilk dəfə olaraq möhtəşəm "Oracle" konfransı baş tutub. Nüfuzlu "Oracle USA" şirkəti tərəfindən təşkil edilən və "Azercell" tərəfindən dəstəklənən bu təşəbbüs OTN (Oracle Technology Network) EMEA turu tərkibində görüş formatında keçirilib.
Azercell-in sponsorluğu ilə EMEA turu çərçivəsində dünyanın ən məşhur 4 "Oracle" mütəxəssisi öncə Almaniyada, daha sonra İtaliya və Azərbaycanda İT həvəskarları ilə görüşüblər. Onlar Bakıda öz təcrübələrini paylaşaraq, tədbir iştirakçılarını ən son texnoloji yeniliklərlə tanış ediblər. OTN görüşü çərçivəsində Böyük Məlumat bazalarının yenilənməsi, məlumatın sorğulanmasında gecikmələrin aradan qaldırılması və verilənlər bazasından istifadə zamanı istifadə edilən proqram təminatları barədə mühazirələr səslənib.
Görüş zamanı ümumilikdə 7 çıxış baş tutub. Yekun sessiyada 1 saatlıq panel diskussiyası təşkil olunub və burada iştirakçıların suallarına vaxt ayrılıb. Maraqlı sual verən iştirakçılara xüsusi hədiyyələr təqdim olunub və püşkatma nəticəsində iştirakçılardan 2 nəfəri hədiyyə olaraq "Oracle" kursu əldə edib.
Konfransda dünyanın ən məşhur "Oracle" mütəxəssisləri olan Kristian Antoqnini, Mike Ditrix, Joel Peres və Byoern Rost kimi İKT ulduzları çıxış edib. Qeyd edək ki, bu maraqlı tədbirə giriş pulsuz olub və konfransa 160 nəfərdən çox iştirakçı qatılıb.
Azərbaycanda İKT-nin inkişafına dəstək verən öncül şirkət kimi məhz "Azercell Telekom" MMC-nin bu təşəbbüsü dəstəkləyəcəyi şübhəsiz idi. Belə ki, "Azercell" Azərbaycanlı gənclərin İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan hər bir tədbirə yardımçı olur. Şirkət universitetlərin istedadlı tələbələri, SABAH qruplarının üzvləri üçün mütəmadi olaraq maraqlı görüşlər təşkil edir. "Azercell" Azərbaycanda TEDx toplantısının keçirilməsinə, Azərbaycan Qadınlarının İKT Klubunun layihələrinin reallaşmasına, bacarıqlı gənclərin biznes dialoqu platformasına çıxmasına kömək edib. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiyalar Mərkəzində indəyədək onlarla gənc öz layihəsini dünya bazarına çıxarmağa, şəxsi şirkət qurmağa nail olub. Ümid edirik ki, "Oracle" konfransı da bu sahəyə maraq göstərən, karyera qurmaq istəyən gənclərin seçim etməsinə yardımçı olacaq.
Tehsil-press.az