AzTU tələbələrinə fərdi karyera konsultasiya xidməti göstərilib

AzTU tələbələrinə fərdi karyera konsultasiya xidməti göstərilib Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialının birgə təşkilatçılığı ilə tələbələr üçün karyera konsultasiya xidməti həyata keçirilib.
Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialının mütəxəssisi Nərgiz Bayramova fərdi konsultasiyalardan yararlanan tələbələri karyera planlaması, əmək bazarı, CV və istək məktubun hazırlanması, iş müsahibələrinə hazırlıq, iş həyatında diqqət edilməli məqamlar, tələb və təklif arasındakı uyğunluq barədə məlumatlandırıb.
Gün ərzində davam edən xidmət zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər