ADNSU-da “Tələbə inkişaf platforması” layihəsi çərçivəsində konfrans

ADNSU-da “Tələbə inkişaf platforması” layihəsi çərçivəsində konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən tələbələr üçün “TİPx: Gələcək Sən” mövzusunda konfrans keçirilib.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində təşkil olunan konfransda DMA-nın İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Mərkəzi karyera filialının müdiri Toğrul Ələkbərov çıxış edərək karyera planlaması istiqamətində görülən işlərdən danışıblar.
Sonra “ATL Academy”nin icraçı direktoru Mehriban Nəzərova “Gələcəyin (bu günün) peşələri” mövzusunda təqdimatla çıxış edərək, texnologiyaların inkişafı və bu inkişafın nəticəsində yaranacaq yeni peşələrdən bəhs edib.
“ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru, IELTS üzrə təlimçi, Xaricdə təhsil üzrə konsultant Rüfət Hüseynov “Gələcəyin əmək bazarı və bu günün universitet təhsili”, qrafik dizayner, vizual sənətçi Rəsul Həsən “Kreativ düşünmə sənəti”, beynəlxalq peşəkar kouç PCC ICF Sənan Həsənov “Məqsədə aparan yol”, “Sağlam düşüncə” Gənclər Təşkilatının həmtəsisçisi, beynəlxalq əlaqələr üzrə koordinator Ramiz Əliyev “Beynəlxalq layihələrdə iştirak bizə nə qazandırır?” mövzusunda təqdimatla çıxış ediblər.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər