MDU Dövlət Məşğulluq Agentliyinin “Təcrübə danışır” layihəsində təmsil olunur

MDU Dövlət Məşğulluq Agentliyinin “Təcrübə danışır” layihəsində təmsil olunur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Azərbaycan universitetlərinin Karyera Mərkəzləri ilə əməkdaşlığı çərçivəsində “Təcrübə danışır” adlı silsilə görüşlərə start verilib.
Layihə çərçivəsində ilk görüş Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və karyera məsləhətçisi İlhamə Məmmədova ilə keçirilib. Görüşdə müxtəlif universitetlərin karyera mərkəzlərinin əməkdaşları iştirak edib.
Karyera və İnkişaf Mərkəzinin nümayəndələri MDU-nun xarici ölkə universitetləri ilə əməkdaşlıqlarından, təhsilalanların və təhsilverənlərin karyera inkişafı sahəsində həyata keçirdikləri birgə fəaliyyətlərdən danışıb, öz təcrübələrini bölüşüb və müvafiq mövzularda müzakirələr aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər