BDU-nun Jurnalistika fakültəsinin tələbələri kibertəhlükəsizlik üsulları barədə məlumatlandırılıb

BDU-nun Jurnalistika fakültəsinin tələbələri kibertəhlükəsizlik üsulları barədə məlumatlandırılıb Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.
Professor Tahirə Allahyarova tələbələrə “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” mövzusunda təqdimat-mühazirə deyib. Professor bildirib ki, kibercinayət müasir dövrdə informasiya anlayışına bitişik formada yayılır: “Bu gün artıq informasiya kibervirusa bulaşıb, insanların, xalqların və dövlətlərin taleyi baytlarda gizlənən kiberviruslardakı pozucu fəaliyyətdən asılı duruma düşüb”.
Azərbaycan kiberməkanının sərhədlərini gələcəyin jurnalistlərinə izah edən qonaq proaktiv təhsilin önəmini xüsusi vurğulayıb.
İnteraktiv keçən görüş tələbələrdə bu sahəyə maraq oyadıb.

Tehsil-press.az



Oxşar xəbərlər