BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün “Vikipediya” ilə bağlı təlimlərə başlanılıb

BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün “Vikipediya” ilə bağlı təlimlərə başlanılıb Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə təlimlər keçirilib.
Təlimlərdə tələbələrə “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
Xatırladaq ki, 2018-ci ildə MEK ilə BDU-nun elmi kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda tərəflər arasında informasiya və sənəd mübadiləsinin aparılması, müəssisələrin elmi vəsait bazalarının zənginləşdirilməsi və gələcəkdə birgə layihələrin təşkili məsələləri nəzərdə tutulub. Həmçinin MEK-in “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Jurnalistika fakültəsində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayıb. Azərbaycan və başqa dillərdə “Vikipediya”da məqalələrin yaradılmasında və redaktə olunmasında Jurnalistika fakültəsinin tələbələri yaxından iştirak edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər