Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində görüş

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində görüş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədr müavini, aparıcı, ssenarist, rejissor Rafiq Həşimov ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görüş olub.
Jurnalistin nitq mədəniyyəti dərsi çərçivəsində təşkil olunmuş görüşdə fənn müəllimi Xatirə Hüseynova tələbələrə Rafiq Həşimovun yaradıcılığı barədə məlumat verib, onun müəllifi olduğu filmlərdən, tərcümələrdən, televiziya və radiodakı fəaliyyətindən danışıb.
Dəvətə görə təşəkkürünü bildirən Rafiq Həşimov məzunu olduğu Jurnalistika fakültəsinin tələbələri ilə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. O, televiziya aparıcısının iş xüsusiyyətləri, jurnalistin nitq mədəniyyətinin təməl prinsipləri, müasir jurnalistikanın yeni yaradıcılıq trendləri barədə ətraflı məlumat verib. Tələbələr Rafiq Həşimovun radioda səsləndirdiyi maraqlı nümunələri dinləyiblər.
Dekan müavini Samir Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova keçirilən tədbirlərin gənclərin dünyagörüşünün inkişafında əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər