BDU-nun əməkdaşları Baş Prokurorluqda “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlim keçiriblər

BDU-nun əməkdaşları Baş Prokurorluqda “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlim keçiriblər Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə mətbuat xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV-lə əlaqələrə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda əyani və distant formada təlim keçirilir.
Təlimlərin təşkil edilməsində məqsəd müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin peşə biliklərinin artırılması və sosial media ilə peşəkar davranışın müasir tələblərə uyğunlaşdırılmasıdır.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyasının əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edilib.
Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”, Jurnalistika fakültəsinin dekanı filologiya üzrə elmlər doktoru Vüqar Əliyev “Xidməti məlumatların kütləvi informasiya vasitələrinə çatdırılma qaydası və onun nümayiş etdirmə üslubları”, Jurnalistika fakültəsinin dekan müavini, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Esmira Rövşənova “Sosial media üçün məlumatların hazırlanma metodikası”, Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva “Natiqlik qabiliyyətinin artırılması üçün nitq texnikası, vasitələri və üsulları” mövzularında iştirakçılar üçün təlimlər keçiblər.

Tehsil-press.az


Oxşar xəbərlər