Nazir: Sertifikatlaşdırmada iştirak üçün 33 min 315 müəllimin məlumatı sistemə daxil edilib

Nazir: Sertifikatlaşdırmada iştirak üçün 33 min 315 müəllimin məlumatı sistemə daxil edilib Bu il sertifikatlaşdırmada iştirak üçün 33 min 315 müəllimin məlumatı sistemə daxil edilib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, mayın 18-də həmin müəllimlərin şəxsi kabinetlərinə keçiriləcək sertifikasiya imtahanı ilə bağlı məlumatlar göndəriləcək: “Onların 5290 nəfəri 60 yaşdan yuxarı müəllimlərdir. Qanun qəbul edilsə, həmin müəllimlər prosesdə könüllü iştirak edəcəklər. Ötən il sertifikatlaşdırmada uğur qazanmayan 2803 müəllim təkrar sertifikatlaşmaya cəlb olunacaq. Uğursuz olduqları təqdirdə müqavilələrinə xitam veriləcək. Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətindən 17 000 nəfərin sertifikatlaşdırmaya cəlb olunması əsas hədəflərdəndir”.

Tehsil-press.az



Oxşar xəbərlər