Müəllimlərin sertifikasiya imtahanında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Ona güzəşt etmək mümkündürmü? Birmənalı olaraq, yox!”
Bunu Real TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Sertifikasiya imtahanının nəticələri ilə bağlı danışan nazir qeyd edib ki, ilk dəfə keçirilən bu imtahanların nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır. Həmin müəllimlər öz peşə fəaliyyətlərini artıq artırılmış əmək haqqı ilə davam etdirəcəklər.
Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiyasının nəticələri göstərdi ki, bir qisim müəllimin tədris aparmaqla bağlı müəyyən problemi var: “Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinifdəki azyaşlı şagirdə nə öyrədəcək? Mənə elə gəlir ki, biz çox ciddi problemlə üz-üzəyik. Təhsildəki hər hansı güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis başqa bir şey təsəvvür edə bilmirəm”.
Tehsil-press.az