Ərdoğan yenidən seçilsə, bu dəyişikləri edəcək

Ərdoğan yenidən seçilsə, bu dəyişikləri edəcək “Yeni hökumətdə heyət dəyişikliyi gözlənilir”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımında deyib.
Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə hansı dəyişikləri edəcəyinə aydınlıq gətirib:
“Mayın 29-da çox fərqli oyanacağıq. İlk mərhələdəki yol xəritəsini dəqiq tətbiq edəcəyimizi deyə bilmərəm. Hazırkı Nazirlər Kabinetimiz böyük bir sınaqdan çıxıb, amma yeni dövrdə bir az fərqli olacaq. Biz bunun üzərində işləyirik. Mövcud çatışmazlıqlarımızı aradan qaldıraraq yeni kabinetlə davam etmək niyyətindəyik”, - deyə Ərdoğan vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər