Çin-Mərkəzi Asiya zirvə görüşü keçirilir

Çin-Mərkəzi Asiya zirvə görüşü keçirilir Bu gün Çinin Sian şəhərində Çin və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının zirvə görüşü başlayır.
Çin lideri Si Cinpinin sədrlik edəcəyi görüşdə iştirak üçün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Tacikistan Prezidenti Emoməli Rəhmon artıq Çinə gəliblər. İki gün davam edəcək Sian görüşü Çin-Mərkəzi Asiya formatında dövlət başçılarının ilk zirvə görüşü olacaq.
Xatırladaq ki, ötən ay Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələrinin görüşü olub.
Ötən il Çinin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 40 faiz artaraq, 70 milyard ABŞ dollarını təşkil edib. Çin hazırda Özbəkistanın, Qırğız Respublikasının və Türkmənistanın ən iri, Qazaxıstanın 2-ci, Tacikistanın isə 3-cü ən iri ticarət tərəfdaşıdır.

Tehsil-press.az


Oxşar xəbərlər