Çin beş Mərkəzi Asiya respublikasına 500 milyon dollar təmənnasız yardım təklif edib

Çin beş Mərkəzi Asiya respublikasına 500 milyon dollar təmənnasız yardım təklif edib Çin Xalq Respublikası (ÇXR) ilə beş Mərkəzi Asiya dövləti-Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi münasibətilə yüksək səviyyədə onlayn konfrans keçirilib.
Görüşdə ÇXR-nin sədri Sİ Szinpin, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan dövlət başçıları Şavkat Mirziyoyev, Kasım-Jomart Tokayev, Sadır Japarov, Emamali Rahmon və Qurbanqulu Berdiməhəmmədov iştirak edib.
Liderlərin görüşündə Si Szinpin və Mərkəzi Asiya dövlət başçılarının Birgə Bəyanatı qəbul olunub.
Si Szinpin görüşdə bu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, yaxın 3 il ərzində beş Mərkəzi Asiya respublikasında iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə 500 milyon dollar təmənnasız yardım təkliif edib. O deyib ki, bu proqram təhsil, elmi-tədqiqat, səhiyyə sahəsində kadrların hazırlanması, kasıblığın aradan qaldırılması, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişafı və digər sahələri əhatə edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər