Ərdoğan Əliyev və digər liderlərlə danışıqlar apardı

Ərdoğan Əliyev və digər liderlərlə danışıqlar apardı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri ilə Qazaxıstanda baş verən hadisələrlə bağlı ayrı-ayrılıqda telefon danışığı aparıb.
Ərdoğan Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı zamanı Qazaxıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı zamanı Qazaxıstanın sabitliyi və təhlükəsizliyinin bütün region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb və Qazaxıstanın da bundan sonra daha da möhkəmlənəcəyinə, problemin dialoq yolu ilə həll ediləcəyinə əmin olduğunu bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər