NATO-da Rusiyaya qarşı müharibə hazırlıqları başlayıb

NATO-da Rusiyaya qarşı müharibə hazırlıqları başlayıb Şimali Atlantika Alyansının üzvləri Rusiya ilə münaqişə halında genişmiqyaslı müdafiə planı hazırlayırlar.
Agentlik Alyans rəsmilərinə istinadən qeyd edir ki, NATO liderləri iyul ayında keçirilən sammitdə soyuq müharibədən bəri ilk dəfə birliyin Rusiya ilə münaqişəyə necə reaksiya verəcəyini ətraflı izah edəcək minlərlə səhifəlik gizli müharibə planlarını təsdiqləməlidirlər.
NATO rəhbəri Jens Stoltenberg: "Soyuq müharibə"də olduğu kimi, müəyyən bölgələri müdafiə etmək üçün xüsusi hərbi birləşmələr ayrılacaq. Sonra ciddi şəkildə hazırlanmış sənədlər əsasında hansı güc və vasitələrin harada və necə yerləşdiriləcəyi barədə tərəflər arasında razılıq əldə ediləcək və bu barədə qurum üzvü olan bütün dövlətlərə məlumat veriləcək",-deyə o bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər