Bayden ona qarşı sanksiyaları ləğv edir

Bayden ona qarşı sanksiyaları ləğv edir ABŞ Prezidenti Cozef Bayden Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları yumşaldacağını və ya ləğv edəcəyini deyib.
Bayden bunu "Böyük Yeddiliy"in (G7) sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Bayden həmin sanksiyaları aradan götürməsinə səbəb kimi rəsmi Pekin ilə münasibətləri normallaşdırmağa çalışdığını deyib.
Qeyd edək ki, Li Şanfuya qarşı sanksiyalar isə 2018-ci ildə Rusiyadan "Su-35" qırıcıları və "S-400" zenit-raket kompleksləri almasına görə tətbiq edilib.

Tehsil-press.az



Oxşar xəbərlər