Bu xəstəlikləri olan şəxslər çiyələkdən uzaq dursun

Bu xəstəlikləri olan şəxslər çiyələkdən uzaq dursun Çiyələyin sağlamlıq üçün faydalarına baxmayaraq, müəyyən xəstəliklər zamanı ondan imtina etmək daha yaxşıdır.
Rusiyalı dietoloq Yekaterina Voitenko “Beşinci Kanal”la söhbəti zamanı giləmeyvənin təhlükəli ola biləcəyi halları açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, çiyələkdə çoxlu miqdarda xeyirli maddələr, o cümlədən C vitamini, həmçinin fol turşusu, B, A, E vitaminləri və dəmir var.
Dietoloq şiddətli allergiya, mədə-bağırsaq traktında problemlər, xoralar, öd daşı xəstəliyi diaqnozu qoyulanlara çiyələk yeməkdən çəkinməyi tövsiyə edib. Belə xroniki diaqnozlarla çiyələk qəlyanaltı kimi istifadə edilməməlidir.
Nisbətən sağlam insanlar isə gündəlik 300-400 qram çiyələk yeyə bilərlər. Allergik reaksiyadan qorunmaq üçün bu miqdarı bir anda deyil, bir neçə yeməyə bölmək daha uyğundur.

Tehsil-press.az


Oxşar xəbərlər