Min bir dərdin dərmanı ilə tanış olun

Min bir dərdin dərmanı ilə tanış olun Hər gün keçi qatığının yeni bir faydası üzə çıxır.
Təhsil-press.az xəbər verir ki, Kembric Universitetinin alimləri bu dadlı qidanın gözəlliyin sirri olduğunu açıqlayıb.
Əvvəllər keçi qatığının bir çox xəstəliyin çarəsi olduğunu deyən elm adamları, gözəlləşmək istəyənlərə də bu qidadan yeməyi tövsiyə edir.
Onların sözlərinə görə, gündə 125 qram təbii keçi qatığı yeyənlərin dərisi qüsursuz olur, saçları gurlaşır və parlaq görünür. Keçi qatığı yaşlanma əlamətlərini də aradan qaldırır.
Alimlər bildirir ki, bu qida arıqlamaq istəyənlər üçün də əvəzedilməzdir. Buna səbəb keçi qatığının tərkibindəki bəzi fermentlərin orqanizmdəki yağların əriməsinə kömək etməsidir. “Coenzym J” adlandırılan bu fermentlər ideal çəkidə qalmaq istəyənlər üçün möcüzəvi təsirlər göstərir.
Bu fermentin ən böyük üstünlüyü aclıq hissini aradan qaldırmasıdır. Keçi qatığını qəlyanaltı zamanı və yeməklərin yanında yeyə bilərsiniz.
Keçi qatığının sağlamlığa faydaları isə belə sıralanır:
Sümük əriməsinin qarşısını alır.
Uşaqlara güc və enerji verir.
Tərkibindəki B1, B2 vitaminləri sayəsində stress və gərginliyi azaldır.
Mədə problemlərinə yaxşı təsir edir.
Beyin üçün faydalıdır.
Diş çürüməsinin qarşısını alır.
Orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
Ekzema, astma kimi xəstəliklər zamanı tövsiyə edilir.

Təhsil-press.az

Oxşar xəbərlər