Statistikaya görə, dünya əhalisinin 25 faizə qədərində müxtəlif allergik reaksiya və xəstəliklər var. Xüsusən azyaşlılarda rast gəlinən allergik xəstəliklər zamanı diqqətli olmaq lazımdır. Belə problemlər ciddi fəsadlar yarada bilər.
Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: “Allergiyadan uzaq olmaq üçün ilkin şərtlərdən biri maksimal dərəcədə qarışıq qidalardan istifadə etməməkdir. Allergik qabiliyyəti yüksək olan maddələrdən, allergik təsir göstərən yorğan-döşəkdən uzaq olmaq lazımdır. Ev heyvanlarının, xüsusən pişiklərin ifrazatı allergiya yaradır. Evlərin təmizlənməsi zamanı tozsoranların su ilə işləməsi allergenləri xeyli dərəcədə azaldır”.
Uşaqlarda allergiya xəstəliyinin əsas əlamətləri burun tutulması, nəfəs almanın çətinləşməsi, asqırmaların artması, gözdə qaşınma kimi hallarla müşahidə olunur. Eyni zamanda, xəstəliyin uşaqlarda psixoloji təsirləri də olur.
Həkim-allerqoloqun dediyinə görə, bəzən səhər yuxudan oyananda beş-on dəqiqə quru öskürək olur, lakin təəssüf ki, bir sıra hallarda onu allergik rinitlə səhv salırlar, halbuki bu, allergiya əlamətidir. Mütləq bu halda ixtisaslı həkimə müraciət olunmalıdır və müayinə zamanı xəstənin allergiyasının nəyə qarşı olduğunu araşdırmaq lazımdır.
Allergiya erkən aşkar olunduqda onu müalicə etmək olur. Vaxtında müalicə edilməyəndə ciddi və qalıcı fəsadlara səbəb ola bilər. Həmin halların yaşanmaması üçün vaxtında həkimə müraciət olunmalıdır.
Tehsil-press.az