Professor Əhəd Canəhmədov İstanbulda beynəlxalq konfransda məruzə edib

Professor Əhəd Canəhmədov İstanbulda beynəlxalq konfransda məruzə edib Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri professor Əhəd Canəhmədov Türkiyənin İstanbul şəhərində keçirilən TURKEYTRIB-2023 Tribologiya üzrə 4-cü beynəlxalq konfransda “Sürtünmə düyünlərinin metal elementlərində mikroçatların paylanma qanunauyğunluğu” adlı elmi məruzə ilə müəlliflər adından çıxış edib (müəlliflər: A.M. Paşayev, Ə.X.Canəhmədov, M.Y.Cavadov).
İki gün davam edən konfransda 13 ölkədən 100-ə yaxın alim və mütəxəssis iştirak edib. Professor Əhəd Canəhmədov məruzələr ətrafında aparılan müzakirələrdə, sual-cavablarda fəal iştirak edib.
Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər