Beynəlxalq konfransda ADNSU alimlərinin 40 məqaləsi təqdim olunub

Beynəlxalq konfransda ADNSU alimlərinin 40 məqaləsi təqdim olunub Türkiyənin Antalya şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və dünyanın daha bir neçə nüfuzlu ali məktəbinin birgə təşkilatçılığı ilə professor Lütfi Zadənin xatirəsinə həsr olunmuş süni intellekt, persepsiya, sözlə hesablama, Soft Kompütinq nəzəriyyəsi və tətbiqi üzrə beynəlxalq konfrans keçirilib.
ABŞ, Kanada, Rusiya, Türkiyə, Polşa, İspaniya, Serbiya və digər ölkələrin universitetlərinin iştirak etdiyi konfransa təqdim edilən 150 məqalədən 100-ü yerli və xarici rəyçilərin ekspertizasından keçərək seçilib. Konfransda iştirak hüququ qazanmış 100 məqalədən 40-ı ADNSU-nun professor-müəllim heyəti və doktorantları tərəfindən təqdim olunub.
Oflayn və onlayn formatda keçirilən tədbirdə ADNSU-nun ümumilikdə 15 nümayəndəsi, o cümlədən rektor, professor Mustafa Babanlı, BA proqramlarının direktoru, professor Rafiq Əliyev və elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova məruzə ilə çıxış ediblər. ADNSU-nun professor və doktorantlarının məruzələri tədbir iştirakçılarında böyük maraq doğurub. “Web of Science” və “Scopus” bazalarında yer alan konfransda ADNSU nümayəndələrinin 40 məqaləsinin olması iştirakçılar tərəfindən universitetdə elmin inkişafı istiqamətində aparılan işlərin təzahürü kimi dəyərləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər