“Konstitusiyaya dəyişiklik təklifini millətin ixtiyarına verəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tərkibdə olan Nazirlər Kabinetinin ilk iclasından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
“Əgər seçki dönəmlərində bizi izləmisinizsə, biz boş vədlər verənlər kimi deyilik. Millətimizə nə söz verdiksə, vəzifəyə gələndə də yerinə yetirməyə çalışdıq. Biz əhdinə, sözünə sadiq bir hökumət olaraq 17 dəfə millətimizin təqdirini qazanmışıq. Bu, bizim üçün ən böyük qazancdır. Yeni dönəmimizdə xalqımıza verdiyimiz bütün vədlərə əməl edəcəyik. İki sözə çox diqqət yetirin; bir sabitlik, iki güvən. Sabitlik və inamla Türk əsrini quracağıq. Konstitusiyaya dəyişiklik təklifimizi millətin ixtiyarına verəcəyik. Qara dəniz təbii qazı, Qabar nefti və Akkuyuda enerji hərəkətlərimizi davam etdirəcəyik. Biz son 21 ildə olduğu kimi səhiyyə və təhsili də siyahımızda birinci yerdə saxlayacağıq. Sürətli, effektiv və keyfiyyətli ədliyyə xidmətlərini təmin etmək üçün islahatlarımızı artıracağıq. Terror təşkilatlarına, cinayətkar dəstələrə qarşı amansız mübarizəni qətiyyətlə aparacağıq”, - deyə Ərdoğan bildirib.
Tehsil-press.az