Dubay hətta havadan içməli su istehsal edən ən son su texnologiyalarından istifadə edir

Dubay hətta havadan içməli su istehsal edən ən son su texnologiyalarından istifadə edir Dubay davamlı gələcək üçün verdiyi vədləri bir addım daha irəli apararaq “Dubai Can” layihəsini həyata keçirir. Layihə uzunmüddətli perspektivdə şəhərdə plastik butulkaların istifadəsini azaltmağı hədəfləsə də, birinci mərhələdə şəhər daxilində 40 yeni su doldurma məntəqəsi ilə sakinləri və turistləri təkrar istifadə edilə bilən su qablarından istifadə etməyə təşviq edir.
Dubay Davamlı Turizmin Vitse-Prezidenti Yusuf Lutah deib ki: “Biz bir sıra təşəbbüsləri nəzərdən keçirdik və növbəti addım diqqəti plastik torbaların qadağan edilməsinə yönəltməkdir. Biz iki il ərzində plastik torbaları tamamilə qadağan etməyi düşünürük”.
Dövlət və özəl sektordan olan 500-dən çox şirkət artıq Dubayda yerləşən bu kampaniya ilə əməkdaşlıq edir və bir çoxları öz su fəvvarələrinə sponsorluq edirlər. Öz daxilində böyük dəyişikliklər etmiş beynəlxalq otel qrupları da bu şirkətlər arasındadır.
Son məlumatlar göstərir ki, Birləşmiş Ərəb Əmirliklərində ildə 4 milyard plastik butulka istifadə olunur və ölkədəki bütün plastiklərin 40 faizi birdəfəlikdir. Bunlar həyatda dağıdıcı nəticələrə səbəb olur. Buna görə də “Dubay Can” kimi iştirakçı səylərin irəlidə əhəmiyyətli təsiri olacaq.
“Dubay Can” təşəbbüsü hətta havadan içməli su istehsal edən ən son su texnologiyalarından istifadə edir.

Tehsil-press.az




Oxşar xəbərlər