Azərbaycanda polietilen torbaların satışı qadağan edilir

Azərbaycanda polietilen torbaların satışı qadağan edilir "Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır. Dövlət qurumlarının müsbət rəyindən sonra sənədlər qüvvəyə minəcək".
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması sənəddə öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər