İsrail Suriyadakı gizli İran bölməsinə zərbələr endirib

İsrail Suriyadakı gizli İran bölməsinə zərbələr endirib İsrail Hərbi Hava Qüvvələri mayın 2 – nə keçən gecə Hələbdə Suriyadakı Yeni İran bölməsinə - "dəstə 18340"a məxsus obyektlərə hücum edib.
İran zabiti Cavad Süleymaninin komandanlığı altında tam məxfilik rejimində fəaliyyət göstərən bölmə Əsəd rejimi və İranyönlü qruplaşmalarda xidmətdə olan raketlərin dəqiqliyinin artırılması ilə məşğuldur. Telekanalın məlumatına görə, obyektlər Hələb beynəlxalq hava limanında və bir neçə şəhər kənarında yerləşdirilib.
Mayın 2-nə keçən gecə Hələbdə beynəlxalq hava limanının bombalanması barədə məlumat verildi. Suriya hakimiyyəti bir hərbçinin öldüyünü, daha beş hərbçinin və iki mülki şəxsin müxtəlif dərəcədə yaralandığını bildirdi. Suriya müxalifətinin məlumatına görə, bu aerodroma İrandan "Hizbullah"üçün nəzərdə tutulmuş hərbi yüklər çatdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər